Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib.
Bunu AzərTac-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, yaxın zamanda qəbul planı ilə bağlı ictimaiyyətə məlumat veriləcək:
“Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək”.
DİM sədri həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.
O bildirib ki, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:
“Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək”.