"Bu qanunun qəbuluna dəstək verməklə hakim "Gürcü arzusu" partiyası Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb və gürcü xalqının Avroatlantik niyyətlərini görməzdən gəlib..."
Gürcüstanın o cümlədən ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları (QHT) ölkədə inqilab törətməyə cəhd edib.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib. Məlumatı "vedomosti.ru" nəşri yayıb.
"Gürcüstanın o cümlədən ABŞ tərəfindən maliyyələşdirilən QHT-ləri hökumətin istefasını tələb edəndə inqilabi səhnədə dayanıb...İki inqilab cəhdi olub, ötən həftələrdə üçüncü dəfə buna cəhd edilib", - Koxabidze deyib.
Baş nazir vurğulayıb ki, Gürcüstanla ABŞ arasında münasibətlər "sağlamlaşdırılmalıdlr" və "onlara yenidən baxılması tələb olunur".
Mayın 28-də Gürcüstan parlamenti səs çoxluğu ilə xarici agentlər haqqında qanun layihəsinə prezident vetosunun qarşısını alıb. Bu sənəd xaricdən maliyyələşdirilən QHT və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur.
Elə həmin gün ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mettyu Miller bəyan edib ki, ABŞ Gürcüstan parlamentinin xarici agentlər haqqında
qanunla bağlı qərarını pisləyir.
O, vurğulayıb ki, bu qanuna dəstək verməklə hakim "Gürcü arzusu" partiyası "ölkəni Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb və gürcü xalqının Avroatlantik niyyətlərini görməzdən gəlib".
O, həmçinin ABŞ-ın gürcü siyasətçiləri və onların qohumlarına qarşı viza məhdidiyyətlərinin tətbiq ediləcəyi ilə təhdid edib.
Mayın 29-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib ki, prezident Salome Zurabişvilinin əvəzinə xarici agentlər haqqında qanunu imzalamaq niyyətindədir.
Onun fikrincə,dövlət başçısı böyük ehtimalla bu sənədi imzalamaqdan imtina edəcək.
Kreml bundan öncə bəyan edib ki, Gürcüstanda xarici agentlər haqqında qanunu "rusiyapərəst" qanun adlandırmaq lazım deyil.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırladıb ki, ilk dəfə olaraq 1938-ci ildən xarici agentlər haqqında qanunun qüvvədə olduğu ABŞ öz "daxili siyasi gigiyenasını" izləməyə başlayıb.