AZ

ABŞ GÜRCÜSTANDAN ƏLİNİ ÜZÜR?- SƏRT BƏYANATLAR SƏNGİMİR

Artıq ABŞ “xarici təsir” qanununun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə bildirib. O, sanksiyaların Gürcüstanın təxminən 20-30 rəsmisinə və onların birinci dərəcəli ailə üzvlərinə şamil edildiyini vurğulayıb: “ABŞ “Gürcü Arzusu” partiyasının anti-demokratik əməllərindən, həmçinin onun bu yaxınlardakı bəyanatlarından və ritorikasından dərin narahatlıq keçirir. Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır və Gürcüstan konstitusiyasına və öz əhalisinin istəyinə ziddir”.

 Metyu Miller əlavə edib ki, Dövlət Departamenti bu əməllərə görə məsuliyyət daşıyan rəsmilərə, Gürcüstan vətəndaşlarının sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında rol oynayan, həmçinin aksiyaçılara zorakılıqla müdaxilə edilməsində iştirak edənlərə, vətəndaş cəmiyyəti üzvlərinin təhdid edilməsinə görə məsuliyyət daşıyanlara və dezinformasiya yayılmasına görə məsuliyyət daşıyanlara, onların ailə üzvlərinə viza məhdudiyyəri tətbiq edib: “Viza məhdudiyyətlərinin ilk tranşı “Gürcü Arzusu “partiyasının üzvlərini, parlament üzvlərini, hüquq mühafizə orqanı əməkdşlarını və özəl şəxsləri əhatə edir. Biz hələ də ümid edirik ki, Gürcüstanlı liderlər öz əməllərini bir daha gözdən keçirəcəklər. Gürcüstan hökumətinin öz trayektoriyasını dəyişmək üçün hələ də vaxtı var”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.

 Miller Gürcüstan hökuməti öz mövqeyini bir daha nəzərdən keçirməyəcəyi və Avro-Atlantik inteqrasiya istiqamətində addımlar atmayacağı təqdirdə ABŞ-nin əlavə tədbirlər görməyə hazır olduğunu qeyd edib.

Xatırladırıq ki, Gürcüstanın rəsmi şəxsləri ABŞ-ı Gürcüstanı Ukraynanın gününə salmaq istəyi barədə bəyanatlar səsləndiriblər bu da Ukraynada birmənalı qarşılanmayıb...

A.Məmmədli

Seçilən
141
50
tezadlar.az

10Mənbələr