Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti iclası keçirilib.
Ər-Riyadda keçirilən tədbirdə hasilatın azaldılması qərara alınıb. Bildirilib ki, hazırkı sutkalıq hasilat səviyyəsi 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək saxlanılacaq.
Bundan başqa, 8 ölkə ümumi razılıqdan əlavə olaraq hasilatı könüllü şəkildə azaldacaqlarını bildirib.
Qeyd edək ki, bu da bazara sutkada 2 milyon barel daha az neft çıxarılması ilə nəticələnəcək.