AZ

Hindistanın baş naziri istefa verib

Hindistanın baş naziri Narendra Modi Hindistan prezidenti Draupadi Murmu ilə görüşüb və ona istefasını çatdırıb.

Bu barədə Prezident Katibliyi məlumat yayıb.

“Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və Nazirlər Kabineti ilə birlikdə istefa ərizəsi verib. Prezident istefanı qəbul edib və Modi və Nazirlər Kabinetindən yeni hökumət işə başlayana qədər işi davam etdirməyi xahiş edib”, – məlumatda deyilir.

Müəyyən edilmiş prosedura əsasən, parlament seçkilərinin nəticələrinə görə Hindistanın baş naziri və Nazirlər Kabineti istefa verməli, lakin yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməlidir.

Hindistanda keçirilən seçkilər nəticəsində Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyası parlamentdə 240 yer qazanıb ki, bu da hökuməti qurmaq üçün azdır.

Seçilən
229
50
banker.az

10Mənbələr