AZ

Bakı metrosunda qan izləri? – Rəsmi açıqlama 

Sosial şəbəkələrdə 3 gün öncə özünü qatarın altına atan adamın qan izlərinin təmizlənmədiyinə dair məlumat yayılıb. Məlumata görə, həmin şəxsin qanı dəmiryolunda qaldığından insanlar narahat olurlar.

Referans.az xəbər verir ki, Globalinfo.az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təkzib edib.

O, hadisə baş verdiyi yerin elə həmin günü yuyulduğunu bildirib:

 
“Tunellərdə görülən sarı, tünd qəhvəyi və qırmızıyaçalan başqa rənglərdir. Hadisə baş verdikdən sonra gecə ora təmiz yuyulub. Səhər hətta özümüz də gəlib yoxlamışıq. Qan bildikləri rəngləri başqa stansiyalarda da görə bilərlər. Axıntı olan yerlərdə, şipallarla bağlı hər hansı iş görüləndə, tunel yuyulanda həmin rənglər görülə bilər. Qatı qan rənginə yaxın olsa da, o, qan izi deyil”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
455
3
referans.az

4Mənbələr