AZ

“Bakı Metropoliteni”ndən tuneldəki qan izi ilə bağlı AÇIQLAMA: “Həmin gecə ora təmiz yuyulub”

Sosial şəbəkələrdə 3 gün öncə özünü qatarın altına atan adamın qan izlərinin təmizlənmədiyinə dair məlumat yayılıb. Məlumata görə, həmin şəxsin qanı dəmiryolunda qaldığından insanlar narahat olurlar.

SAVASH.ORG xəbər verir ki, Globalinfo.az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təkzib edib.

O, hadisə baş verdiyi yerin elə həmin günü yuyulduğunu bildirib:

“Tunellərdə görülən sarı, tünd qəhvəyi və qırmızıyaçalan başqa rənglərdir. Hadisə baş verdikdən sonra gecə ora təmiz yuyulub. Səhər hətta özümüz də gəlib yoxlamışıq. Qan bildikləri rəngləri başqa stansiyalarda da görə bilərlər. Axıntı olan yerlərdə, şipallarla bağlı hər hansı iş görüləndə, tunel yuyulanda həmin rənglər görülə bilər. Qatı qan rənginə yaxın olsa da, o, qan izi deyil”.

Seçilən
159
3
savash.org

4Mənbələr