AZ

İzmir sahillərində 70 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 70 qeyri-qanuni mühacir xilas edilib.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə məlumat yayıb.

Məlumata görə, Komandanlığın əməkdaşları İzmirin Karaburun və Çeşmə sahillərində Yunanıstan tərəfindən geri qaytarılan 4 xilasedici salda 21-i uşaq olmaqla 70 qeyri-qanuni miqrant xilas edib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Seçilən
60
3
e-huquq.az

10Mənbələr