Türkiyənin İzmir şəhərində 61 qanunsuz miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Karaburun sahillərində rezin qayıqlar və xilasedici sallarda bir qrup qeyri-qanuni miqrantın olduğu aşkar edildikdən sonra bölgəyə qruplar cəlb edilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan qayıq və sallarda 10-u uşaq olmaqla 61 qeyri-qanuni miqrant xilas edilib.
Seferihisar və Urla sahillərində isə dayandırılan rezin qayıqlarda 11-i uşaq olmaqla 51 qeyri-qanuni miqrant yaxalanıb.
Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə