Rusiyanın qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Federasiyası Prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlanılıb”, - deyə məlumatda bildirilib.