Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlanılıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, təlimlər zamanı Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının istifadəsi üzrə birgə hazırlanması məsələləri işlənəcək./bakupost.az/