AZ

İranda seçkilərlə bağlı sorğu keçirildi

ISPA (ISNA agentliyinin filialı) iyunun 8-9-da İranda seçicilər arasında sorğu keçirib.

Yenicag.az xəbər verir ki, respondentlərin 44,4%-i mütləq şəkildə prezident seçkisində iştirak edəcəyini bildirib. 7,3% yəqin ki iştirak edəcəyini qeyd edib. Respondentlərin 28,7%-i səs verməyəcəyini, 15% isə qərarsız olduğunu açıqlayıb.

ISPA sorğusu Nəzarətçilər Şurasının 80 nəfər arasından altı prezidentliyə namizədi qeydə almasından əvvəl keçirilib.

Sorğu təşkilatçıları 28 iyuna yaxınlaşdıqca seçici fəallığının artacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2021-ci ilin prezident seçkilərində fəallıq 48,8% təşkil edib.

 

Seçilən
143
50
yenicag.az

10Mənbələr