AZ

İran prezident seçkilərinə hazırlaşır – Yeni sorğuya görə, bu iki şəxsin şansı daha yüksəkdir

Məlum olduğu kimi, İran lideri İbrahim Rəisinin müəmmalı helikopter qəzasında həlak olmasından dərhal sonra ölkədə növbədənkənar prezident seçkilərinə start verilib.

“AzPolitika” xəbər verir ki, iyunun 28-də keçiriləcək seçki öncəsi İran Tələbələri Araşdırma Agentliyi (ISPA) ölkə daxilində keçirdiyi sorğunun nəticələrini açıqlayıb. İranın 31 əyalətində yaşı 18-dən yuxarı olan 4545 nəfər arasında keçirilən sorğuda seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə bu sual ünvanlanıb: “Əgər prezident seçkiləri indi keçirilsəydi, hansı namizədə səs verərdiniz?”

İctimai rəy sorğusuna əsasən, prezidentliyə namizəd, Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili 26,2 faiz səslə birinci, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan isə 19,8 faiz səslə ikinci olub.

Əvvəlki bir çox sorğuda birinci olan parlament sədri Muhammed Bakır Kalibaf isə “ISPA”-nın sorğusunda 19 faiz səslə üçüncü olub. Digər namizədlər arasında Əmir Hüseyn Kadızadəhaşimi 2,6 faiz, Əli Rıza Zəkani 2 faiz, Mustafa Purmuhammedi isə 0,9 faiz səs toplayıb.

Hələ hansı namizədi dəstəkləyəcəklərinə dair qərar vermədiyini bildirən respondetlərin faiz nisbəti 27,4, boş səs verəcəyini deyənlərin nisbəti 1,6 faiz, səs vermək niyyətində olduqları namizədin adını açıqlamaq istəmədiyini bildirənlərin nisbəti isə 0,5 faiz olub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
azpolitika.info

10Mənbələr