Ailə Məcəlləsində qohum evlilikləri ilə bağlı hissə əgər əmiuşaqlarının, bibiuşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər.
"Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl və qadağa qoymaqla, əksinə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq", - deyə R.Mahmudov qeyd edib.