AZ

"Qarabağ" Avstriyaya gedəcək

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Sportalaz xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq. Texniki heyət tərəfindən komandanın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
15
sportal.az

10Mənbələr