AZ

"Qarabağ" Avstriyada 4 yoxlama matçı keçirəcək

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "süvarilər" iyunun 18-də Bakıda məşqlərə start verəcək.
 
Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.
 
Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.
 
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
15
sport24.az

10Mənbələr