AZ

Rus ordusu Mirqorod şəhərinə HÜCUM etdi, Putin TƏCİLİ iclas çağırdı - Qabil Hüseynli ilə CANLI

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov və bölgə komandirlərinin iştirakı ilə iclas keçirib. Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, iclasda xüsusi əməliyyatın gedişatı barədə Putinə məruzə edilib.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltava vilayətinin Mirqorod şəhərinə hücum edib. Məlumata görə, sözügedən hücum zamanı "İsgəndər"raketindən istifadə olunub. İddialara görə, hücum nəticəsində Ukrayna ordusuna məxsus bir ədəd Su-27 döyüş təyyarəsi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinə məxsus dronun hücumu nətəcisində bir qrup rus hərbçisi həlak olub.

Gecə saatlarında Ukrayna ordusu Krıma S-300 və S-400 divizionlarının yerləşdiyi mövqelərə raket zərbələri endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

“Zərbələr nəticəsində Belbek və Sevastopol yaxınlığındakı S-300 və S-400 komplekslərinin iki radarı məhv edilib. Bundan başqa, zenit-raket divizionlarının yerləşdirildiyi ərazilərdə döyüş sursatlarının partlaması qeydə alınıb”, - məlumatda qeyd olunub.


Xatırladaq ki, 9 iyunda Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket divizionuna, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket divizionuna uğurlu zərbələr endirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Ukrayna hadisələrini dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
101
31
musavat.com

10Mənbələr