Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
“BBC News” məlumat yayıb. Qeyd olunub ki, onlar Ukraynada mülki hədəflərə və şəxslərə hücumda ittiham olunur.
Məhkəmə bəyanatında deyilir ki, Şoyqu və Gerasimova qarşı ittihamlar 2022-ci ilin oktyabrından 2023-cü ilin 9 martına qədər baş vermiş hadisələrə aiddir. BCM hakimləri onları Ukraynanın enerji infrastrukturuna raket hücumları ilə bağlı cinayətlərdə şübhəli bilirlər.
“Bu müddət ərzində Rusiya silahlı qüvvələri Ukraynanın bir çox bölgələrində elektrik stansiyalarına və yarımstansiyalarına çoxlu sayda hücumlar həyata keçirib”, - məhkəmənin mətbuat xidmətindən bildirilib.
BCM-nin Məhkəməyə qədərki Palatası hesab edir ki, bu cür hücumlar Ukraynanın mülki əhalisinə qarşı yönəlib və bu, hərbi cinayətdir.
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1100-dən çox Rusiya hərbçisini öldürüb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib. Həmin siyahını təqdim edirik:
- Tank - 4 ədəd;
- Zirehli döyüş maşınları - 18 ədəd;
- Artilleriya sistemləri - 35 ədəd;
- PUA - 31 ədəd;
- Qanadlı raketlər - 1 ədəd;
Rusiya yeni sanksiyalardan sağ çıxacaq, lakin xalqına zərər vermək cəhdlərini unutmayacaq, bağışlamayacaq və cavabsız qoymayacaq. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.
“Biz bu yeni sanksiyalardan sağ çıxacağıq. Amma nə bağışlayacağıq, nə də unudacağıq, yaxşı yaddaşımız var. Xalqımıza zərər vermək niyyətini cavabsız qoymayacağıq. Bunun əvəzi ödəniləcək”, - Medvedyev bildirib. Qeyd edək ki, AB Rusiyaya 14-cü sanksiya paketi barədə razılığa gəlib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Odessada yaşayan azərbaycanlı həmkarı Anar Natiqoğlu ilə müharibəni müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat