AZ

MaliyyəBaş direktor: “Azərbaycan ADB-nin inkişaf yanaşmalarına və prioritetlərinə tam uyğundur” - EKSKLÜZİV

Strateji prioritetlər və məqsədlər baxımından Azərbaycan Asiya İnkişaf Bankının (ADB) yanaşmalarına, eləcə də inkişaf prioritetlərinə tam uyğundur.

Bunu “Far.Az”a müsahibəsində ADB-nin baş direktoru və sektor qrupunun rəhbəri Rameş Subramaniam (Ramesh Subramaniam) deyib.

“ADB enerji sektorunun hakim sahələrdən biri olduğu Azərbaycanla fəal əməkdaşlıq edir. Ölkələrlə onların prioritetlərinə və bizim prioritetlərə necə uyğunlaşdıqlarına qiymətləndirməmizə əsaslanaraq işləyirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildə ilk Milli Müəyyən edilmiş Töhfələr (NDC) təqdim edib: “Bununla 2030-cu ilə qədər hasilatın və istixana qazı emissiyalarının 35 % azalacağı nəzərdə tutulur. Hökumət daha sonra Milli Fəaliyyət Planına yenidən baxaraq, onu 2050-ci ilə qədər 40 %-ə çatdırıb və beynəlxalq dəstək və öhdəlik isə maliyyələşdirmə, texnologiya transferi və potensialın gücləndirilməsi şəklində əlçatan olacaq”.

R. Subramaniam bildirib ki, hökumət NDC məqsədlərini həyata keçirmək və onlara nail olmaq üçün faktiki olaraq çox aydın tədbirlər hazırlayıb: "Məsələn, bərpa olunan enerji istehsalının və generasiyanın enerji səmərəliliyinin artırılması üçün qanunvericilik islahatları aparılıb. Həqiqətən də Azərbaycanda müasir texnologiyaların tətbiqinə dəstək verilir. Beləliklə, mövcud planların təkmilləşdirilməsi üçün səylər göstərilir, çünki onlardan bəziləri üçün böyük investisiyalar tələb olunur. Əks halda, əlinizdə müflis olmaq ərəfəsində olan əhəmiyyətli aktivlər qalacaq”, - R.Subramaniam qeyd edib.

Baş direktor qeyd edib ki, bu yaxınlarda ADB Azərbaycan hökuməti ilə texniki dəstəyin göstərilməsi, xüsusən də istilik təchizatı sektorunun optimallaşdırılması və dekarbonizasiya sahəsində müzakirələr aparıb, çünki ölkə istilik enerjisinin böyük istehlakçısıdır:

“Biz həmçinin milli istilik sektorunun inkişafı üçün qanunvericiliyin və strategiyanın işlənib hazırlanmasına kömək edəcəyik və bərpa olunan enerji mənbələrinin potensialının, xüsusən də bu yeni texnologiyaların bəzilərindən istifadə etməklə qiymətləndirilməsinə dəstək verəcəyik”.

Seçilən
156
50
far.az

10Mənbələr