Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zonası tətbiq edəcək.
Oxu24.com bu barədə Sputnik-ə istinadən xəbər verir.
İyunun 2-də Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bəyan edib ki, yaxın vaxtlarda bufer zonası bərpa olunacaq.
Onun sözlərinə görə, o, Qainovski rayonunda 26 yeri və Bialistok vilayətində bir yeri əhatə edəcək. Bu ərazilərdə xüsusi rejim tətbiq olunacaq. O cümlədən, sərhədə 200 metrdən artıq yaxınlaşmaq qadağan olunacaq.
Polşa səlahiyyətliləri iki səbəbə görə bufer zonasını geri qaytarmağa qərar verdiklərini deyirlər. Birincisi, Polşa ilə Belarus arasında sərhədin daha yaxşı mühafizəsinin təmin edilməsi, ikincisi, sərhədçilərin təhlükəsizliyinin yaxşılaşdırılmasıdır.
Lakin bu tədbirin tətbiqi tarixi iyunun 4-dən iyunun 13-nə təxirə salınıb.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının sərhəd zonasında nüvə silahı saxlamasından şübhələnirdi.
Miri