AZ

Polşa Ukraynaya hərbçi göndərməkdən imtina edib

Nazir: “Bilirəm ki, bəzi ölkələr Ukraynaya təlim missiyası ilə getmək istəyirlər”
Polşa hərbçilərini hətta təlim məqsədilə də Ukraynaya göndərməyəcək. AYNA “Polskie” radiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.
“Bilirəm ki, bəzi ölkələr Ukraynaya təlim missiyası ilə getmək istəyirlər. Polşa 20 mindən çox əsgər hazırladı. Bu, yaxşı aparılır və biz bunu davam etdirəcəyik”, - deyə nazir bildirib.
İyunun əvvəlində Fransa Prezidenti Emmanuel Makron Ukrayna ərazisinə hərbi təlimatçı göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradılmasını təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukraynada təlimatçı və ya muzdlu kimi olan fransız hərbçilər Rusiya üçün qanuni hədəfdir. Nazir deyib ki, Fransa hərbçilərinin artıq Ukraynada olduğuna əsaslar var.

Seçilən
118
8
ayna.az

10Mənbələr