AZ

Azərbaycanda yas yasa qarışdı: Hüzrə aparılan körpəni maşın vurub öldürdü

Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

S.Quliyev adlı şəxsin idarə etdiyi VAZ-2105 markalı minik avtomobili 2021-ci il təvəllüdlü Duyğu Məmmədlini, 2019-cu il təvəllüdlü U.Məmmədlini və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, üç yaşlı Duyğu Məmmədlinin həyatını xilas etmək mümkün olmayıb.

Nənə və beş yaşlı nəvənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
14
musavat.com

10Mənbələr