Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində 700 minə yaxın hərbi qulluqçusunun savaşdığını açıqlayıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Vremya geroyev” proqramının iştirakçıları ilə görüşdə söyləyib.
“Xüsusi hərbi əməliyyat zonasında, demək olar, 700 min insanımız var”, – Putin deyib.
Qeyd edək ki, “xüsusi hərbi əməliyyat” ifadəsi Rusiya rəhbərliyi tərəfindən təqdim edilən və rusiyayönümlü mənbələr tərəfindən Rusiyanın Ukraynaya təcavüzünü təsvir etmək üçün istifadə edilən təbliğat evfemizmdir. Termin ilk dəfə 2022-ci il fevralın 24-də Vladimir Putinin müraciətində səsləndirilib.