AZ

Kərtənkələ ilə təmasda olan insanlar virusa yoluxdu

ABŞ-nin doqquz ştatında ev heyvanları olan saqqallı kərtənkələ ilə təmasda olan 15 nəfər salmonellyoz epidemiyasına yoluxub. 

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb. 

Agentlik rəsmiləri bildiriblər ki, xəstəliyə ən çox yoluxma halı Nyu-Yorkda - dörd, Kaliforniya və Ohayoda isə hər birində iki və ya üç nəfər qeydə alınıb.

 Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, halların əksəriyyəti 5 yaşa qədər uşaqlar olub və onlardan dördü xəstəxanaya yerləşdirilib.

Salmonellyozun simptomlarına qızdırma, mədə krampları və ishal daxildir.

CDC saqqallı kərtənkələ ilə təmasdan sonra əllərinizi sabun və su ilə yaxşıca yumağı və heç vaxt onları öpməməyi və qucaqlamamağı tövsiyə edir.


Seçilən
227
3
news365.az

10Mənbələr