Mayami polisi sərxoş vəziyyətdə olan reper Trevis Skottu saxlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi Mayamidəki qayıq sahibi ilə mübahisə edib. Ona xəbərdarlıq edildikdən sonra sərxoş vəziyyətdə başqasının ərazisinə qanunsuz daxil olmaq və asayişi pozmaq ittihamı irəli sürülüb.
Travis artıq 650 dollar məbləğində girov ödəyib və tezliklə islah mərkəzindən azad olunacaq.