AZ

Gədəbəydə maşın ağaca çırpıldı: 2 nəfər xəstəxanalıq oldu

Gədəbəydə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-21015" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində  maşın yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı 1976-cı il təvəllüdlü B. Fətullayev və 1957-ci il təvəllüdlü E. Gülməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
10
bizim.media

10Mənbələr