AZ

"Fransanın daha öncə verdiyi bəyanat onun prinsiplərinə uyğun gəlmir" - siyasi şərhçi

“Azərbaycan torpaqları işğaldan azad edildikdən və separatçıların kökü ərazilərimizdən kəsildikdən sonra uzun illər boyu yumşaq güc faktorundan istifadə edərək bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışan Fransa ritorikanı dəyişib daha sərt bir müstəviyə keçirdi. Biz suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra Fransanın davamlı olaraq Ermənistanı münaqişəyə təhrik etdiyinin şahidi oluruq. Çünki istənilən münaqişə vəziyyəti prosesə kənar oyunçuların qatılmasına imkan yaradır və münasibətləri situasiyanı, vəziyyəti ikitərəfli kontekstdən çıxararaq çoxtərəfli kontekstdə müstəviyə daşıyır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, Fransanın son addımları da əslində onun daha öncə verdiyi bəyanatın prinsiplərinə də uyğun gəlmir.

“Çünki daha öncə verilən silahlarla bağlı Fransa tərəfi bunun müdafiə silahları olduğunu bəyan etmişdi. Amma biz artıq Ermənistana hücum silahlarının verildiyinin şahidi oluruq ki, bu da Azərbaycan tərəfinin, şübhəsiz ki, sərt reaksiyasına səbəb olur. Ona görə ki, ölkəmiz daha öncə vurğulamışdı ki, əgər vəziyyət təhlükəli hədd alarsa, o zaman şübhəsiz ki, adekvat tədbirlər həyata keçiriləcək. Fransanın və Ermənistanın zamanlama etibarı ilə prosesi məhz indi həyata keçirilməsi isə iki əsas səbəb var. Birinci Ermənistan daxili vəziyyətlə bağlıdır, ikincisi də Fransanın daxili ictimai rəyinə hesablanır. Bəlli olduğu kimi Ermənistan müxalifəti siyasi hakimiyyətə qarşı bir sıra arqumentlərlə çıxış edir, o cümlədən keşiş Baqratın başlatdığı qondarma hərəkatın irəli sürdüyü tezislərin içərisində də Ermənistanın öz ərazilərini Azərbaycana verməyə hazırlaşdığı və s. bu kimi ritorik açıqlamalar verilir. İndiki şəraitdə Ermənistanın hücum silahları alması ilə bağlı Fransa ilə imzaladığı həmin sənəd Nikol Paşinyanın öz mövqeyini arqumentləşdirilməsinə və digər tərəfin arqumentlərinin zərərsizləşdirilməsinə xidmət edə bilər. Təbii ki, bu ehtimaldır. Digər ehtimal isə Fransanın daxili ilə bağlı olan məsələdir. Yenə də zamanlama etibarı ilə, burada vahid strategiyadan söhbət getmir. Bəlli olduğu kimi, Fransada keçirilən son seçkilərdə, ümumiyyətlə Avropa Parlamentinə keçirilən son seçkilərdə prezident Emmanuel Makronun partiyası rüsvayçı məğlubiyyətə uğradı. Bu son zaman kəsiyində, ümumiyyətlə makronun hakimiyyətə gəldiyi siyasi partiyanın formalaşdırdığı zamandan etibarən ən rüsvayçı məğlubiyyəti və təbii ki, məğlubiyyətin yaratdığı affekt vəziyyəti və həmçinin sağ qüvvələrin təzyiqi ilə növbədənkənar parlament seçkiləri təyin etdi.Bu seçkilərdə də hər zaman olduğu kimi, Fransa siyasətində istifadə olunan amillərdən biri də erməni diasporu ilə bağlıdır. Bu atılan addım da nəticə etibarilə erməni diasporunun səsinin, dəstəyin alınmasına xidmət edə bilər”.

“Amma vahid ümumi bir strategiya var. O da ki, regionda münaqişə vəziyyəti yaratmaqdan ibarətdir. Bununla yanaşı olaraq, şübhəsiz ki, Azərbaycan tərəfinin mövqeyi baş verən hadisələrə tamamilə dəqiq bir reaksiyadır. Əslində, Müdafiə Nazirliyinin bəyanatı prinsip etibarilə baş verənlərin mahiyyətini, detalları ilə əks etdirir. Hərbi siyasi xarakter daşıyan bir bəyanatdır və arxasında çox ciddi mətləblər, zənnimcə dayanır. Ümumiyyətlə, müasir beynəlxalq hüququn doktrinası ondan ibarətdir ki, dövlətlər müdafiə hüququndan təkcə öz ərazilər deyil, ərazilərindən kənarda da istifadə edə bilərlər. Yəni Ermənistana verilən hücum silahları, təbii ki, Azərbaycan üçün təhdid yaradarsa və eyni zamanda Ermənistanın revanşçı davranışları yenidən təcavüzkar siyasətinin stimullaşdırılmasına yol açarsa, o zaman Azərbaycan üçün Ermənistan ərazisindəki həmin o hərbi təyinatlı hədəflər legitim hədəflərə çevrilir. Sözsüz ki, ölkəmiz öz ərazi bütövlüyünün, suverenliyini, vətəndaşların təhlükəsizliyini qorumaq üçün müvafiq qaydada həmin hərbi hədəflərin ləğv edilməsi istiqamətində addım atmaq və önləyici tədbirlər görmək hüququna malikdir. Bu aspektdən də Müdafiə Nazirliyinin verdiyi bəyanat kifayət qədər ciddi əsaslandırılmış bir bəyanatdır. Əgər Ermənistan yenidən eyni prosesin davam etdirilməsi istiqamətində addımlar atarsa, şübhəsiz ki, buna adekvat reaksiya veriləcək. Bu da Ermənistan üçün daha ağır şərtlərlə sülh sazişinin imzalanmasına zəmin yaradacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
aznews.az

10Mənbələr