Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür."RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz indi nüvə doktrinasında nəyin dəyişdirilə biləcəyini düşünürük. İstənilən halda, biz bilirik ki, potensial düşmən bunun üzərində, nüvə silahından istifadə həddinin aşağı salınması ilə bağlı yeni elementlər üzərində işləyir”, - Putin bildirib.
O, qeyd edib ki, Qərb ultra aşağı güclü partlayıcı nüvə qurğuları hazırlayır və buna diqqət yetirmək lazımdır.
www.anews.az