Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
Gundem.az xəbər verir ki, bu barədə iclasda Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.
Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.(sfera.az)