Parlamentdə Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti dinlənilir.
Gundem.az xəbər verir ki, müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.(sfera.az)