Bakı. Trend:
İtaliyalı əfsanəvi futbolçu Roberto Baccionun evinə basqınolub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, hadisə veteran futbolçunun ailəsi iləbirlikdə AVRO-2024-ün İtaliya – İspaniya (0:1) matçını izlədiyizaman baş verib.
Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi iləzərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə“Qızıl top”u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayannaməlum şəxslər evi qarət ediblər.
Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pulgötürüblər.
Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisəmüraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçununbaşına bir neçə tikiş qoyulub.