AZ

Roberto Baccionun evinə basqın olub, futbolçu xəstəxanaya aparılıb

Bakı. Trend:

İtaliyalı əfsanə Roberto Baccionun evinə basqın olub.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, hadisə veteran futbolçunun ailəsi ilə birlikdəAVRO-2024-ün İtaliya – İspaniya (0:1) matçını izlədiyi zaman başverib.

Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi iləzərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə“Qızıl top”u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayannaməlum şəxslər evi qarət ediblər.

Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pulgötürüblər.

Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisəmüraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçununbaşına bir neçə tikiş qoyulub.

Məqalədə:
Seçilən
100
5
az.trend.az

6Mənbələr