Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.
Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək bal toplayıb.
Asya Yusifova 58 bal, onun qızları – Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.
Sertifikatlaşdırma prosesinin test mərhələsinin ilk seansı artıq yekunlaşıb.