AZ

İmtahanda yüksək bal toplayan ana və qızları danışdılar - VİDEO

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Test imtahanında ana və iki qızı yüksək nəticə əldə ediblər. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin üç müəllimi Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Milli.Az bildirir ki, onlar sevinclərini "Xəzər Xəbər"lə bölüşüblər.

Asya Yusifova sualların asan olduğunu bildirib:

"Riyaziyyat-informatika fənnini tədris edirəm. Suallar gözlədiyimdən də asan idi".

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1 930 nəfər təhsilverən cəlb olunub.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
154
7
milli.az

10Mənbələr