AZ

Göyçayda kafe yanıb

Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, ərzaq mağazası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
16
ikisahil.az

10Mənbələr