Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (ərzaq mağazası, kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) kafenin və avtoyuma məntəqəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, ərzaq mağazası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.