AZ

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Çexiyanın PEKASAT SE şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

“Azərkosmos”un Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, bu memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.

Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi, yerüstü infrastrukturun istismarında təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.

PEKASAT SE – Çexiyanın Brno şəhərində yerləşən, Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və bulud həlləri təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
10
poliqon.az

10Mənbələr