AZ

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

“Azərkosmos”

Bakı, 25 iyun, AZƏRTAC

“Azərkosmos” Çexiyanın “Pekasat Se” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

AZƏRTAC “Azərkosmos”a istinadla xəbər verir ki, bu memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.

Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi, yerüstü infrastrukturun istismarında təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.

Qeyd edək ki, “Pekasat Se” - Çexiyanın Brno şəhərində yerləşən, Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və bulud həlləri təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
10
azertag.az

10Mənbələr