Avropa İttifaqı və Moldova Lüksemburqda hökumətlərarası konfransa başlayıb və bu konfransda respublikanın birliyə üzvlüyü ilə bağlı danışıqlara rəsmi start verilib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.
“Həm Moldova, həm də Avropa İttifaqı Aİ-yə üzvlükdən faydalanmalıdır... Moldova meyarlara cavab vermək üçün islahatları davam etdirməlidir”, – Belçikanın xarici işlər naziri Aja Labib görüşün əvvəlində deyib.
O vurğulayıb ki, başlayan danışıqlar çətin olacaq, lakin onlar Moldovanı Aİ üzvü kimi qarşılaya biləcəklərini gözləyirlər.