AZ

Aİ "X" sosial şəbəkəsini cərimələyəcək

Avropa İttifaqı onlayn məzmuna nəzarətlə bağlı Aİ-nin yeni qaydalarını pozduğuna görə bu ilin sonunadək "X" sosial şəbəkəsini cəzalandıracaq. 

"Unikal" "Bloomberg"ə istinadən xəbər verir ki, Aİ sosial şəbəkəyə qlobal mənfəətinin 6%-i məbləğində cərimə tətbiq etmək niyyətindədir. 

Qeyd olunur ki, iyulun sonuna qədər Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton amerikalı sahibkar İlon Maska cərimə ilə bağlı ən son xəbərdarlığını açıqlamalıdır.

Xüsusilə, sosial şəbəkəyə qarşı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunu əks etdirən görüntüləri yaydığı və onları real vaxt rejimində bloklamadığı iddiaları irəli sürülüb. 

Seçilən
188
38
unikal.az

10Mənbələr