Politoloq və jurnalist Armen Qasparyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın guya Dağlıq Qarabağı Azərbaycana təslim etməsi ilə bağlı bəyanatını Tsargrad.tv-yə şərh edib.
HİT.az xəbər verir ki, ekspertin fikrincə, bu cür ittihamlar siyasi şizofreniya və mütləq tarixi nankorluqdur, çünki son illər İrəvana Moskvadan çox kömək edən olmayıb.
"Biz hamımız yaxşı bilirik ki, yoldaş Nikol Paşinyan (Ermənistanın baş naziri) Sorosun strukturlarının məzunudur və onun üçün Rusiya ilə mübahisə etmək, demək olar əsas vəzifə idi və bunu yerinə yetirməyə başladı", deyə Qasparyan qeyd edib.
O əlavə edib ki, Paşinyan Ermənistanda milli ideyanı sarsıtdığına görə yox, konkret olaraq Rusiya ilə münasibətləri pozduğuna görə sorğu-sual olunacaq.
Bir gün əvvəl Qriqoryan Rusiyanı Dağlıq Qarabağı Azərbaycana verməkdə ittiham edib. Siyasətçinin sözlərinə görə, İrəvan Moskvadan tamamilə asılı olduğu bir vaxtda Bakı ilə mübarizə aparıb. Həmçinin onun bəyanatına görə, Rusiya Dağlıq Qarabağı ələ keçirib.
Samir