İqtisadçı Harry Dent 2025-ci ildə tarixin ən böyük iqtisadi krizinin yaşanacağını deyib. Harry Dentin fikrincə, 2008-ci ildəki iqtisadi böhrandan daha böyük bir fond bazarı çökməsi yoldadır. 1925-1929-cu illər arasında yaşanan Böyük Böhrandan daha pis bir vəziyyətlə nəticələnəcəyini söyləyən Harry Dent, “Böhranın arxasında heç bir süni təşviq yox idi. Biz əvvəllər heç vaxt yaşanmamış yeni bir vəziyyətlə qarşılaşacağıq"-deyə Harry Dent bildirib. İqtisadiyyatda ediləcək tənzimləmələrin “çökülmə” proqnozunun verildiyi tarixdə qüvvəyə minəcəyini düşünən iqtisadçı 2025-ci ilin əvvəlində və ya ortasında bazarın dibinə düşəcəyini düşünür. Bəs bu böhran Azərbaycana necə təsir edəcək? İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünya səviyyəli iqtisadi böhranın yəni qlobal iqtisadi böhranların meydana gəlməsini qabaqcadan proqnozlaşdırmaq, qabaqcadan xəbər vermək asan məsələ deyil. Pərviz Heydərov “2008-ci ildə ki, qlobal maliyyə və iqtisadi böhranı xatırlayın. Həmin böhran Amerika Birləşmiş Ştatlarında ipoteka yəni mənzil alış-verişinin həyata keçirilməsinə dair kredit vermənin necə gəldi həyata keçirilməsi nəticəsində 100 illik tarixi olan bankın iflasa uğraması ilə başlandı. Nəticədə həmin o bankın iflası, onun toz dumanı bütün dünyanın maliyyə sferasına təsir etdi. Dünyada geniş miqyaslı iqtisadi və maliyyə böhranı meydana gəldi. Həmin böhranı öncədən çox az adam proqnoz edə bilirdi. Yəni o böhranı dəqiq olaraq, heç kəs müəyyən edə bilmirdi. Əgər dünya üzrə meydana gələn və yaxud da meydana gələcək geniş miqyaslı qlobal iqtisadi böhranları qabaqcadan proqnoz etmək mümkün olsaydı, bunun qarşısını almaq da asan olardı. Bunu elə etmək olardı ki, bu böhran baş verməsin. Tarix göstərir ki, müəyyən müddətdə dünyada geniş miqyaslı maliyyə iqtisadi böhranlar meydana çıxır və mərhələli xarakter daşıyır. Və bu da onu sübut edir ki, əslində həmin böhranların qarşısını almaq mümkün deyil. Yəni onu qabaqcadan kim istəyir proqnoz eləsin.Belə böhranların qabağını almaq mümkün deyil. Həmin böhranları qanuna uyğun şəkildə proseslərin gedişatı törədir və həmin böhranlardan kənara qaçmaq qeyri-real sayılır”-deyə iqtisadçı bildirib. İqtisadçı hesab edir ki, indiki dövrün xüsusiyyəti və xarakteri bir qədər başqadır. Belə ki, bu gün geosiyasi münaqişələr, siyasi ambisiyalar və siyasi xarakterli keşməkeşli münasibətlər, müharibələr, münaqişələr, problemlər daha çox iqtisadiyyata təsir edir. Bunun nəticəsində də ümumi iqtisadi gedişatda gözlənilməz problemlər ortaya çıxır. Məsələn, Rusiya-Ukrayna müharibəsinin başlanması ilə bütün dünya üzrə ərzaq çatışmazlığı üzrə ciddi böhranların ortaya çıxması məsələsi, birinci növbədə ərzaq buğdası və taxılçılıq sahəsində çətinliklərin meydana gəlməsi və s. Çünki Rusiya da, Ukrayna da dünyada ən çox taxıl istehsal və tədarük edən, xaricə taxıl satan ölkələrdir. Bunula bağlı dünyanın taxıl bazarında ərzaqlar, buğda istehsalı və tədarükü sahəsində bazarda gərginliyin yaranmasıdır. Həmin müharibə başlayan kimi ərzaq məhsullarının qiymətlərinin inflyasiyanın bir üzdən yüksək səviyyədə təşkil etməsidir. İqtisadçı hesab edir ki, pandemiyadan sonra 2020-ci ildən sonra dünya iqtisadiyyatında ikinci ən böyük zərbəni Rusiya-Ukrayna müharibəsi yaratmışdır. “Bu müharibədə bu gün də davam etməkdədir. Hətta onun genişlənməsi yəni əlavə digər ölkərində bu müharibəyə cəlb olunması təhlükəsi mövcuddur ki, əgər bu reallaşarsa, dünyada ümumən qlobal iqtisadiyyatda vəziyyət birdən-birə kəskin şəkildə dəyişə bilər. Dünya üzrə böyük bir iqtisadi böhran ortaya çıxa bilər. Eyni zamanda yaxın Şərqdə geosiyasi vəziyyət hər an daha böyük münaqişələrin meydana çıxması ilə gözləntili haldadır. Bundan başqa Şərqi Asiya ölkələrində Çin-Tayvan münasibətləridir. Amerika Birləşmiş Ştatlarının Tayvanla bağlı siyasəti və Çinlə olan münasibətləridir. Eyni zamanda Yaponiyanın öz iqtisadi vəziyyətidir. Yəni belə risklər mövcuddur. Konkret olaraq, 2025-ci ildə tarixin ən böyük iqtisadi meydana gələcəyi barədə dəqiq söhbət absurddur. Bu, böhrandır. Günü sabah da meydana çıxa bilər, 2025-ci ildə də meydana çıxa bilər və ümumiyyətlə, bu böhranın qarşısı alınmış olacaq. Bu da baxır ümumən dünyanın siyasi arenasında proseslərin gedişatına və bir sıra geosiyasi münaqişələrin inkişafına. Bütövlükdə götürdükdə, əgər bu kimi subyektiv amillərin təsiri baş verməsə, ümumən qlobal iqtisadiyyatın inkişaf tempi və gedişatı qənaətbəxşdir”-deyən iqtisadçı bildirib ki, sırf iqtisadi amillərlə götürsək, dünya üzrə qlobal miqyasda böhran gözlənilmir. İradə Cəlil, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta