AZ

Hadisə“BakuBus”da sərnişinlərlə sürücü arasında baş verən mübahisə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

“BakuBus” MMC-nin istismarında olan 32 nömrəli marşrut xətti üzrə hərəkət edən 77 JA 685 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü ilə sərnişin arasında yaranmış mübahisə ilə bağlı görüntülər üzrə daxili araşdırma aparılıb.

“BakuBus” MMC-dən BAKU.WS-ə daxil olan məlumata görə, müvafiq video görüntülərə baxış və sürücüdən alınmış izahat əsasında aparılmış araşdırma nəticəsində aşağıdakılar müəyyən edilib:

"Marşrut xətti üzrə yollarda aparılan təmir işləri ilə bağlı avtobus marşrutu müvəqqəti dəyişdirilmiş yol ilə hərəkət etmişdir. Sürücü avtobusu müəyyən edilmiş sürət həddində (25 km/saat) idarə etmişdir. Eyni zamanda, avtobusun dayanacaqda saxlanılması ilə bağlı da sürücü reqlament üzrə hərəkət etmişdir. Bu baxımdan, sərnişin tərəfindən sürücüyə bildirilən iradlar əsassız hesab edilib.

Onu da xüsusi olaraq vurğulamaq istərdik ki, bu iradlar kobud formada bildirilmiş və təhqirlə müşayət edilmişdir. Sürücü tərəfindən, Şirkətin xidmət standartları nəzərə alınaraq, mədəni şəkildə izahatlar verilmişdir. Konfliktdən qaçmaq məqsədilə sürücü sərnişindən hərəkətini arxadan gələn avtobusla ödənişsiz əsasda davam etdirməsini xahiş edib.

Əlavə olaraq bildiririk ki, sürücü ilə də profilaktik söhbət aparılıb.

Bu və bu kimi halların təkrarlanmaması məqsədilə bir daha sərnişinlərimizə müraciət edirək sükan arxasında sürücünün bu şəkildə narahat edilməsinin ciddi təhlükəsizlik riskləri doğurduğunu diqqətə çatdırır və xidmət keyfiyyətini özünün fəaliyyət prioriteti elan edən “BakuBus” sürücülərinə, bu önəmli və çətin vəzifəni həyata keçirdiyini nəzərə alaraq, hörmətlə yanaşmağı xahiş edirik".

***26.06.2024, 13:41

“BakuBus”a məxsus 32 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sərnişinlər məlumat verib. 

İddia olunur ki, sürücü avtobusu təhlükəli sürüb. Sərnişinlər buna etiraz edərkən tərəflər arasında mübahisə dərinləşib. 

Nəticədə sürücü avtobusu saxlayaraq sərnişinləri düşürüb. 

BAKU.WS VİDEO

Seçilən
123
2
far.az

3Mənbələr