AZ

“A-Qroup Sığorta Şirkəti”nin yığımları və ödənişləri azalıb

“A-Qroup Sığorta Şirkəti” ASC-nin bu ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 8 milyon 379 min manat təşkil edib. 

Bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 839 min manat, yaxud da 9,1% azdır.

2023-cü yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 8 milyon 379 min manat olub.  

Hesabat dövründə şirkətin ödənişlərinin həcmi 5 milyon 807 min manat olub ki, bu da 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 245 min manat, yaxud da 4 % azdır.

Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti” ASC-nin 2024-cü ilin yanvar-may aylarında sığorta ödənişlərinin həcmi 6 milyon 052 min manat olub. 
Bu ilin yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.

Nara

Seçilən
116
5
valyuta.az

8Mənbələr