Bu ilin yanvar-may aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC 9 milyon 799 min manat sığorta haqqı toplayıb.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 577 min manat azdır. 2023-cü ilin yanvar-may aylarında “Qala Həyat” 10 milyon 376 min manat sığorta haqqı toplayıb.
Bu dövrdə şirkətin sığorta ödənişlərinin həcmi 1 milyon 403 min manat olub ki, bu da, illik müqayisədə 35 % və ya 364 min manat çoxdur. 2023-cü ilin yanvar-may aylarında “Qala Həyat” 1 milyon 39 min manat sığorta ödənişi edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.
Əvəz Həsənov