AZ

Yaxın Şərqdə yeni müharibə başlaya bilər

Yaxın

İsrail və HƏMAS arasında muharibə yeni cəbhənin açılmasına səbəb olur. İsrail hərbi kabineti Livanda "Hizbullah"a qarşı hərbi əməliyyatları təsdiq edib. ABŞ öz vətəndaşlarını Livandan çıxarmaq üçün təxliyə gəmisi göndərib. Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatlar ABŞ İsrailin vasitəsilə həyata keçirir.

Bunu" Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, məhz Vaşinqtonun razılığı olmasa İsrail bir güllə ata bilməz. Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatlar Vaşinqtonun planı əsasında həyata keçirilir. Əsas strateji məqsəd Aralıq dənizi sahilində HƏMAS və Hizbullah silahlı təşkilatları sıradan çıxarmaqdır. Livanda "Hizbullah" a qarşı hərbi əməliyyatlar aparılsa, Vaşinqton sahədə olacaq. Əgər, Livanda "Hizbullah" sıradan çıxarılsa,. növbəti mərhələdə Yəməndə husilər olacaq:

"Göründüyü kimi, Yaxın Şərqdə yeni siyasi nizamın qurulması istiqamətində ciddi addımlar atılır. ABŞ Yaxın Şərqdə proksi qüvvələri sıradan çıxarmaq üçün Livanın Qəzzada olduğu kimi yer üzündən silinməsinə razıdır. İsrail-"Hizbullah" müharibəsi ABŞ "xeyir- duası" ilə başlaya bilər. İranın müdaxiləsinə gəldikdə, Tehran Qəzza müharibəsində olduğu kimi bəyanatlarla kifayətlənəcək.

Vaşinqton Yaxın Şərqi yenidən dizayn edir".

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
21
xalqcebhesi.az

10Mənbələr