AZ

Baş prokuror Qazaxda vətəndaşları qəbul etdi

BAYRAQDAR MEDİA – İyunun 28-də Baş prokuror Kamran Əliyev Qazax Rayon Prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.Bu barədə xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb.Məlumata görə, qəbuldan əvvəl K.Əliyev Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Xəbərdə bildirilib ki, “qəbulda iştirak edən 24 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib”.K.Əliyev qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirib və konkret tapşırıqlar verib: “Vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
31
bayraqdar.info

10Mənbələr