AZ

Baş prokuror Qazaxda vətəndaşları dinləyib, məsələlərin operativ həlli üçün göstərişlər verib – FOTO

İyunun 28-də Baş prokuror Kamran Əliyev Qazax Rayon Prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edərək onları dinləyib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, qəbulda iştirak edən 24 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

DOĞRU.AZ

image-17195808392482055845_1200x630 image-17195808393387740173_1200x630 image-17195808391192011789_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
31
dogru.az

10Mənbələr