AZ

Lamin Yamal Barselonada niyə “10” nömrəni götürmədiyini açıqladı

“Barselona”nın 16 yaşlı ispaniyalı vingeri Lamin Yamal Kataloniya komandasında niyə “10” nömrəni götürmədiyini açıqlayıb.

Arena.az Yamalın bu barədə fikrini təqdim edir:

“Hazırda “10” nömrə Fatiyə məxsusdur, amma Ansu heyətdə olmasaydı və mənə “onluq” mövqeyini tutmağı təklif etsəydilər, əlbəttə ki, məmnuniyyətlə razılaşardım. Bu, mənim arzumdur”, deyə Yamal açıqlayıb.

Yamal Argentina yığmasının və “İnter Mayami”nin ulduz hücumçusu və kapitanı Lionel Messi ilə yenidən müqayisələri haqda da danışıb:

“Messi tarixin ən yaxşı oyunçusudur. Onunla müqayisə edilmək inanılmazdır, amma heç kim onun səviyyəsində ola bilməz. Ümidvaram ki, karyeramda “Leo”nun əldə etdiyinin ən azı yarısına nail ola bilərəm”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
5
arena.az

10Mənbələr