AZ

Digər ölkələrABŞ iyulun 1-də Ukraynaya yeni hərbi yardım paketi elan edəcək

Vaşinqton Administrasiyası iyulun 1-də Ukraynaya 150 milyon dollarlıq növbəti hərbi yardım paketinin ayrılacağını elan etmək niyyətindədir.

“Far.Az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, paketə 155 mm çaplı artilleriya mərmiləri və HAWK zenit-raket kompleksləri üçün sursatlar daxildir. Bu və digər silahlar Pentaqonun anbarlarından Kiyevə təhvil veriləcək.

ABŞ mətbuatı iyunun 25-də Ukraynaya 150 milyon dollarlıq hərbi yardım paketinin ayrılacağını xəbər verib.

Seçilən
151
6
far.az

9Mənbələr